Leninqrad vilayətindəki kağız anbarında baş verən yanğında iki nəfər xəsarət alıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Leninqrad vilayətində yerləşən kağız anbarında güclü yanğın hadisəsi baş verib.
Regional Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğın nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə Staritsı kəndinin sənaye zonasında qeydə alınıb. Qəfil başlayan yanğın sürətlə yayılaraq birmərtəbəli anbar binasının 500 kvadratmetr sahəsini bürüyüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub və alovun söndürülməsi istiqamətində işlər aparılıb.
Hazırda yanğının hansı səbəbdən baş verdiyi mütəxəssislər tərəfindən araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






