Təyyarə pəncərəsindən düşən smartfon “Cihazımı Tap” proqramı ilə TAPILDI – VİDEObackend

Təyyarə pəncərəsindən düşən smartfon “Cihazımı Tap” proqramı ilə TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada təyyarədən, 1100 metr hündürlükdən düşən “iPhone 17 Pro” möcüzəvi şəkildə sınmayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni təqdim olunan “iPhone 17 Pro” smartfonu tarixinin ən çətin və ağır qeyri-rəsmi sınağından uğurla keçib.

Kanadada uçuş zamanı mobil telefon təyyarənin açıq pəncərəsindən təxminən 1100 metr hündürlükdən aşağı düşüb.

Hər kəs bu hadisədən sonra telefonun tamamilə məhv olduğunu düşünsə də, “iPhone” nəinki düşmədən salamat qalıb, həm də geolokasiyasını ötürməyə davam edib.

Telefonun sahibi rəsmi “Find My” (“Cihazımı Tap”) tətbiqi vasitəsilə smartfonun yerini asanlıqla müəyyənləşdirə bilib.

Telefon kənd təsərrüfatı sahəsində, raps otlarının arasında ekranı yuxarı vəziyyətdə tapılıb.

Sahibinin sözlərinə görə, belə böyük hündürlükdən sürətlə yerə çırpılmasına baxmayaraq, “iPhone 17 Pro” tamamilə mükəmməl və tam işlək vəziyyətdə qalıb.

Xuraman Etibarlı

İnterpress.аz