Estoniyada 108 tərbiyəçi eston dilini bilmədiyi üçün QOVULURbackend

Estoniyada 108 tərbiyəçi eston dilini bilmədiyi üçün QOVULUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyada dövlət dili tələbinə görə 100-dən çox uşaq bağçası əməkdaşı işdən qovulur.

İnterpress.аz xəbər verir ki, bu barədə “ERR” teleradioşirkəti məlumat yayıb.

Estoniyanın Narva şəhərində dövlət dili (eston dili) tələblərinə cavab vermədikləri üçün 108 tərbiyəçi köməkçisi ilə bağlanmış rəsmi əmək müqavilələrinə xitam verilir.

Bu addım əməkdaşların dövlət dilini bilmə səviyyəsini təsdiqləyə bilməmələri səbəbindən atılıb.

Hazırda onlardan eston dili üzrə B2-dən aşağı olmayan bilik səviyyəsi tələb olunur.

Narva şəhərinin yerli təhsil şöbəsi işçilərin kütləvi şəkildə ixtisar olunmasına baxmayaraq, məktəbəqədər təhsil müəssisələrində hər hansı ciddi problemin yaranmayacağını iddia edir.

Şöbə rəhbərliyi ixtisar olunan köməkçilərin iş öhdəliklərini digər mövcud bağça əməkdaşlarının üzərinə keçirməyi planlaşdırır.

Qeyd edək ki, Estoniyada rusdilli məktəb və bağçaların tamamilə dövlət dili sisteminə keçirilməsi prosesi çərçivəsində pedaqoji heyətin dil biliklərinin rəsmi yoxlanılması tədbirləri kəskin şəkildə sərtləşdirilib.

Xuraman Etibarlı

İnterpress.аz