Cənubi Saxalində kişi tanışını mənzildə qanunsuz saxlayaraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Saxalin vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.
Cənubi Saxalində kişi 44 yaşlı tanışını mənzildə qanunsuz saxlayaraq öldürüb.
İlkin məlumata görə, o, sentyabrın 1-də qadını hədələyərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib.
Şübhəli şəxs barəsində qətl ittihamı irəli sürülüb.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin cinayət işinin araşdırılması ilə bağlı məruzə tələb edib.
Xuraman Etibarlı
İnterpress.az






