Gürcüstanda buzlaq yaxınlığında Rusiyadan olduğu ehtimal edilən turist qadının meyiti aşkarlanıb
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Bildirilir ki, buzlaq yaxınlığında bir qadının meyiti aşkarlanıb. Onun Rusiya vətəndaşı olduğu ehtimal edilir.
Qurum qadının vətəndaşlığı ilə bağlı məlumatı açıqlamayıb. Bununla belə, yerli KİV-in onun Rusiya vətəndaşı olması barədə məlumatını da təkzib etməyib.
Xuraman Etibarlı
İnterpress.az






