Hörmuz boğazında supertankerin iki dənizçisi həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə gəminin sahibi məlumat verib.
Bildirilib ki, sentyabrın 1-nə keçən gecə Hörmuz boğazında baş verən insident nəticəsində “Sidr” supertankerinin iki dənizçisi həlak olub.
Bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazdan İranın razılığı olmadan keçməyə çalışan daha iki tankerin minalara düşərək partladığını açıqlayıb.
Hadisə nəticəsində tankerlərdə yanğın baş verib.
Xuraman Etibarlı
İnterpress.az






