Vladivostokda Vladimir Putinin kortejini zenit pulemyotu quraşdırılmış pikap müşayiət edib.
İnterpress.az xəbər verir ki, bu barədə “ASTRA” yerli Telegram kanallarına istinadən məlumat yayıb.
Bildirilib ki, Vladivostokda Rusiya Prezidenti Vladimir Putinin kortejini üzərində zenit pulemyotu quraşdırılmış pikap müşayiət edib.
Şəhərə aparan yollar boyunca hərbçilər və hərbi texnika da yerləşdirilib.
Yolların bağlanması nəticəsində şəhərdə böyük tıxaclar yaranıb.
Yerli sakinlər bir sıra yolayrıclarında hərəkətin ciddi çətinləşdiyindən şikayət ediblər.
Xuraman Etibarlı
İnterpress.az






