15 yaşlı məktəbli qız yaşıdını şarj kabeli ilə BOĞDUbackend

15 yaşlı məktəbli qız yaşıdını şarj kabeli ilə BOĞDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeboksaridə 15 yaşlı məktəblinin qız yaşıdını boğaraq öldürdüyü bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Çeboksaridə 15 yaşlı məktəblinin yaşıdı olan qızı şarj cihazının kabeli ilə boğduğu iddia edilir.

Qızın meyiti sentyabrın 1-də aşkarlanıb. Şübhəli şəxs saxlanılıb, hadisənin digər halları araşdırılır.

Məlumata görə, bu, yeni tədris ili başlayandan Rusiyada məktəblilərin iştirakı ilə baş verən dördüncü hücum hadisəsidir.

Xuraman Etibarlı

İnterpress.az