Putin artıq öz nüfuzuna əhəmiyyət vermir.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya Kansler Aparatının keçmiş rəhbəri Volfqanq Şmidt BILD-in baş redaktoru Paul Ronzheymerin podkastında bildirib.
Şmidt hesab edir ki, Rusiyanın Leypsiqdəki hibrid hücuma Almaniyanın reaksiyası ilə bağlı mümkün tədbirləri Putini dayandırmayacaq və Moskva buna tezliklə cavab verə bilər.
Onun sözlərinə görə, Almaniyanın Bonn şəhərində Rusiya konsulluğunun bağlanmasına cavab olaraq Rusiyanın Sankt-Peterburqdakı sonuncu Almaniya baş konsulluğunu bağlaması mümkündür.
Şmidt həmçinin bildirib ki, Rusiya rəhbərliyi Almaniyanın Ukraynaya dəstəyini NATO-dan gələn təhlükənin bir hissəsi kimi qiymətləndirir.
O, Putinin güzəştə getməyəcəyini və hazırda öz reputasiyasına demək olar ki, əhəmiyyət vermədiyini düşünür.
Xuraman Etibarlı
İnterpress.az






