Polşa Ukrayna MiQ-29 qırıcısını sərhəd yaxınlığında az qala vuracaqdı.
İnterpress.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” məlumat yayıb.
Hadisənin iyulun 30-da baş verdiyi bildirilir. Polşa hərbçiləri sərhədi keçən raketi izləyərkən yaxınlıqda Ukraynaya məxsus qırıcının fəaliyyət göstərdiyindən xəbərsiz olublar.
Ukraynanın MiQ-29 qırıcısı eyni vaxtda Polşaya məxsus F-16 təyyarəsinin və hava hücumundan müdafiə sistemlərinin radarlarına düşüb.
Bu səbəbdən qırıcıya atəş açılması riski yaranıb.
Xuraman Etibarlı
İnterpress.az






