“Missis Rusiya – Kainat” iştirakçısının qətlində şübhəli Türkiyədə TUTULDUbackend

“Missis Rusiya – Kainat” iştirakçısının qətlində şübhəli Türkiyədə TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Missis Rusiya – Kainat” müsabiqəsinin iştirakçısının qətlində təqsirləndirilən şəxs Türkiyədə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Məlumata görə, 2026-cı ilin iyulunda Moskva vilayətində kişi ilə tanışı arasında münaqişə yaranıb.

Kişi qadına zərbə endirib, nəticədə qadın həyatını itirib.

İttiham olunan şəxs cinayətin izlərini gizlətməyə çalışıb və Rusiyanı tərk edib. O, Türkiyədə saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az