İrkutsk vilayətində ayı yabanı giləmeyvə toplayanlara hücum edib, iki nəfər ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə Kirensk rayonunda, Krasnoyarovo kəndi yaxınlığında baş verib. Üç kişi meşəyə giləmeyvə toplamağa gedib. Bu zaman onların qarşısına çıxan ayı qrupa hücum edib.
65 və 55 yaşlı Kirensk sakinləri həlak olub, üçüncü şəxs isə meşədən çıxaraq hadisə barədə məlumat verə bilib.
Polis əməkdaşları və təcrübəli ovçular əraziyə göndərilib. Onlar ölən şəxslərin meyitlərini və aqressiv ayını aşkar ediblər.
Ovçular heyvana atəş açsa da, ayı qaçıb. Onun axtarışlarına əlavə polis və digər qurumların əməkdaşları cəlb olunub.
DİN bölgə sakinlərinə ayıların aktivləşməsi ilə əlaqədar meşələrə getməkdən çəkinməyi tövsiyə edib.
Xuraman Etibarlı
İnterpress.az






