Benzin mənimsənilməsi işi üzrə yeni rəhbər HƏBS EDİLDİ – FOTObackend

Benzin mənimsənilməsi işi üzrə yeni rəhbər HƏBS EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Podmoskvyedə polis benzininin mənimsənilməsi işi üzrə yeni təsərrüfat rəhbəri həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayəti DİN Baş İdarəsinin Təsərrüfat və Xidmət Təminatı Mərkəzinə sentyabrın 10-da rəhbər təyin olunan Gennadi Peşkov cəmi altı gün sonra, sentyabrın 16-da saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

O, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər polis avtomobilləri üçün nəzərdə tutulan yanacağı mənimsəyərək “Trassa” yanacaqdoldurma məntəqələrinə ötürüblər.

Bunun nəticəsində Moskva vilayətində xidməti avtomobillər üçün benzin qıtlığı yaranıb.

İş üzrə Peşkovun sələfi Aleksey Suyarov, DİN generalı Sergey Malkov və digər şəxslər də keçir.

İlkin zərərin təxminən 600 milyon rubl (təxminən 13,7 milyon manat) olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az