Məmurun 15 yaşlı oğlu yaşıdı qızı BOĞDU – FOTObackend

Məmurun 15 yaşlı oğlu yaşıdı qızı BOĞDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çuvaşiyadakı məmurun 15 yaşlı oğlu yaşıdını öldürməkdə şübhəli bilinir.

İnterpress.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

Sentyabrın 1-də Çeboksarıda Traktorostroiteley prospektində yerləşən mənzildə yeniyetmə qızın meyiti aşkarlanıb.

İlkin araşdırmaya görə, qız şarj cihazının kabeli ilə boğularaq öldürülüb.

Qətldə şübhəli bilinərək saxlanılan şəxsin Mariinski-Posad dairəsi administrasiyası rəhbərinin müavininin 15 yaşlı oğlu olduğu bildirilir.

Yeniyetmə ittihamı etiraf edib. Hadisə baş verən zaman onun atası hələ vəzifəsini icra edirmiş, daha sonra istefa ərizəsi verib.

Məlumata görə, yeniyetmə güləşlə məşğul olub və 2024-cü ildə keçirilən Akatuy bayramında mükafatçılar sırasında yer alıb.

Xuraman Etibarlı

İnterpress.az