Kruiz gəmisində gənclər arasında kütləvi DAVA DÜŞDÜ – VİDEObackend

Kruiz gəmisində gənclər arasında kütləvi DAVA DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada kruiz gəmisində təhqir edilən qıza görə kütləvi dava düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Hadisə kruiz gəmisində gecə klubunun yaxınlığında baş verib. Sərnişinlərdən biri gənc turist qıza qarşı təhqiramiz ifadə işlədib.

Qızı müdafiə edən şəxslərlə həmin sərnişin arasında mübahisə davaya çevrilib.

18-20 yaş aralığında olan iştirakçılar bir-birinə yumruq və təpiklərlə hücum edib, stullardan istifadə ediblər.

Gəminin mühafizəçiləri müdaxilə edərək davanı dayandırıblar.

Təhlükəsizlik kameralarının görüntülərinə baxıldıqdan sonra 13 iştirakçıya qarşı ittiham irəli sürülüb və materiallar prokurorluğa göndərilib.

Xuraman Etibarlı

İnterpress.az