Yanğından xilas olmağa çalışan qız HƏLAK OLDU – VİDEObackend

Yanğından xilas olmağa çalışan qız HƏLAK OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tümendə çoxmərtəbəli binada yanğından qaçan qız həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

İlkin məlumata görə, Tümendə 9-cu mərtəbədə yerləşən mənzildə elektrik skuterinin akkumulyatoru alışıb. Yanğın qısa müddətdə mənzilə yayılıb.

İçəridə olan qız və sevgilisi pəncərəyə çıxaraq xilas olmağa çalışıblar.

Cütlük bir müddət pəncərənin karnizindən yapışaraq gözləyib. Yanğınsöndürənlər hadisə yerinə çatdıqdan sonra qız yerə yıxılıb.

Onun sevgilisi isə bir mərtəbə aşağıdakı mənzilə keçə bilib.

Qonşuların sözlərinə görə, həlak olan qız hamilə olub.

Xuraman Etibarlı

İnterpress.az