Miqrantlar Rusiyadan GEDİR – Moskva onları GERİ ÇAĞIRIRbackend

Miqrantlar Rusiyadan GEDİR – Moskva onları GERİ ÇAĞIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya əmək miqrantları üçün açıq olduğunu bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, Rusiya işləmək və ya təhsil almaq üçün ölkəyə gələn əcnəbilər üçün açıq olaraq qalır.

Cəmi 12 gün ərzində Rusiyadan Özbəkistana 96 mindən çox insan qayıdıb.

O bildirib ki, miqrasiya siyasəti milli təhlükəsizliklə yanaşı, insan hüquqları sahəsində öhdəlikləri də nəzərə almalıdır.

Rusiya rəsmisi əcnəbilərin qanuni qalması ilə bağlı inzibati prosedurların sadələşdirildiyini və rəqəmsal formata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, bu addımlar əmək bazarında şəffaflığın artırılmasına və xarici işçilərin qanunsuz sxemlərdən qorunmasına xidmət edir.

Bəyanat Rusiyada miqrasiya qaydalarının sərtləşdirilməsi fonunda səslənib. Eyni zamanda, Özbəkistan vətəndaşlarının Rusiyada işləməsi üçün patent rəsmiləşdirməsi tələb olunur.

Xuraman Etibarlı

İnterpress.az