Bloqer Rada Russkix satanist simvollarını nümayiş etdirdiyinə görə sutkalıq həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Sankt-Peterburqun Leninski rayon məhkəməsi gözəllik bloqeri Rada Russkixi satanist hərəkatın simvollarını nümayiş etdirdiyinə görə 24 saat müddətinə inzibati həbsə göndərib.
Rada Russkix 2024-cü ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürməyə çalışıb. Lakin onun namizədliyinin qeydiyyatı üçün tələb olunan 300 min imzadan yalnız 476-sını toplaya bildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






