Tələbələr üçün “ana kirayəsi” xidməti YARADILDIbackend

Tələbələr üçün “ana kirayəsi” xidməti YARADILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də tələbələr üçün “yerli ana” xidməti populyarlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb.

ABŞ-də başqa şəhərdə təhsil alan tələbələr üçün valideynlərin “yerli ana” xidmətindən istifadə etdiyi bildirilir.

Bu xidməti göstərən şəxslər tələbələr üçün yemək hazırlayır, otağı yığışdırır, onların qayğısına qalır və yeni şəhərə uyğunlaşmalarına kömək edirlər.

Xidmətin illik qiyməti 500-1600 dollar (təxminən 850-2720 manat) arasında dəyişir.

Xuraman Etibarlı

İnterpress.az