Moskvada Dövlət Dumasına namizəd Yuliya Kuznetsovanın itkin düşdüyü bildirilir.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yuliya Kuznetsova (Xarçenko) Moskvadakı 195 saylı seçki dairəsindən “Yaşıllar” partiyasının namizədi kimi seçkidə iştirak edir.
Onun namizədliyi partiyanın rəsmi siyahısında da yer alır.
Məlumata görə, Kuznetsova daha əvvəl Boris Nadejdin seçki qərargahında fəaliyyət göstərib.
Onun hazırda harada olduğu barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






