Başqırdıstanda qadın sevgilisini qısqanclıq zəminində bıçaqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Bildirilir ki, Alfiya sevgilisi ilə birlikdə axşam yeməyindən sonra spirtli içki qəbul edib.
Cütlük arasında yaxınlıq zamanı kişi təsadüfən qadını keçmiş sevgilisinin adı ilə çağırıb.
Bundan əsəbiləşən qadın mətbəxdən bıçaq götürərək sevgilisinə qasığından xəsarət yetirib.
Yaralı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Alfiya isə polis tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə qadın 3 il 6 ay şərti cəza alıb.
Xuraman Etibarlı
İnterpress.az






