Avstraliyalı idmançı Pekindəki yarışda qalibiyyətdən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Hyrox” məlumat yayıb.
Avstraliyalı idmançı Coanna Vitrjik Pekində keçirilən Hyrox yarışında finişə birinci çatmasına baxmayaraq, nəticəsinin ləğv edilməsini istəyib.
Bildirilir ki, yarış zamanı idmançının səhhətində ciddi mədə-bağırsaq problemi yaranıb, lakin o, məsafəni davam etdirərək finişə birinci çatıb.
“Çindəki insanlardan, rəqiblərimdən, tamaşaçılardan və Hyrox təşkilatçılarından səmimi qəlbdən üzr istəyirəm. Başlamazdan əvvəl özümü sağlam hiss edirdim və heç bir xəstəlik əlaməti hiss etmədim”, – Vitrjik İnstaqramda yazıb.
Yarışdan görüntülərin sosial şəbəkələrdə yayılması təşkilatçıların idmançını niyə dayandırmadığı ilə bağlı müzakirələrə səbəb olub.
24 yaşlı Vitrjik Çindəki insanlardan, rəqiblərindən, tamaşaçılardan və təşkilatçılardan üzr istəyərək, nəticəsinin və qələbəyə görə qazandığı xalların ləğv edilməsini xahiş edib.
“Geriyə baxanda, yarışdan imtina etməli idim. “Davranışıma görə məsuliyyət daşıyıram və yaranan hər hansı bir narahatçılığa görə üzr istəyirəm”, – Vitrzyk əlavə edib.
Hyrox-un həmtəsisçisi Moritz Fürste isə belə halların gələcəkdə daha dəqiq tənzimlənməsi üçün qaydaların dəyişdiriləcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






