BDSM həvəskarları və fetişistlər psixiatra YÖNLƏNDİRİLƏCƏKbackend

BDSM həvəskarları və fetişistlər psixiatra YÖNLƏNDİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Səhiyyə Nazirliyi seksual üstünlük pozuntularının müalicəsi ilə bağlı tövsiyələri təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Sənəddə fetişizm, voyerizm, fetişist transvestizm, ekshibisionizm, sadomazoxizm və digər vəziyyətlər üzrə müalicə tövsiyələri yer alıb.

Müalicə üsulları arasında psixoterapiya və dərman preparatları, o cümlədən antidepressantlar və testosteron bloklayıcıları göstərilib.

Sənəddə bəzi hallarda pasiyentlərin polis tərəfindən “gücləndirilmiş diqqətə” məruz qala biləcəyi də qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az