Həkimlər allergiya şikayətlərinin artmasının səbəbini AÇIQLADIbackend

Həkimlər allergiya şikayətlərinin artmasının səbəbini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paltarların ütülənməməsi allergiya şikayətlərinin artmasına səbəb olur.

İnterpress.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

Məlumata görə, son altı ayda öskürək, qaşınma və burun tutulması şikayətləri ilə allerqoloqlara müraciətlərin sayı 40 faiz artıb.

Həkimlər bunu paltarların 30 dərəcədə yuyulması və yuyulduqdan sonra isti emaldan keçirilmədən yığışdırılması ilə əlaqələndirirlər.

Bunun toz gənələrinin məhv edilməsini çətinləşdirdiyi bildirilir.

Rospotrebnadzor yataq dəstlərinin ən azı 60 dərəcədə yuyulmasını, buxarla işlənməsini və otaqda rütubətin 50 faizdən aşağı saxlanılmasını tövsiyə edir.

Xuraman Etibarlı

İnterpress.az