Rusiyada VPN-lərin süni intellekt vasitəsilə bloklanması planlaşdırılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Rusiyada VPN xidmətlərinin aşkarlanması və bloklanması üçün süni intellekt əsaslı sistemlərdən istifadə edilməsi nəzərdə tutulur.
Məlumata görə, bu texnologiyalar VPN-lər IP ünvanlarını mütəmadi dəyişsələr belə, onların fəaliyyətini müəyyən edə biləcək.
Bildirilir ki, yeni məhdudiyyətlər təkcə VPN xidmətlərinə deyil, korporativ şəbəkələrə, bulud xidmətlərinə və internet üzərindən edilən zənglərə də təsir göstərə bilər.
Məlumata əsasən, 2026–2029-cu illərdə Rusiyada kibertəhlükəsizliyə 89 milyard rubl (təxminən 1,8 milyard manat) ayrılması planlaşdırılır.
Vəsaitin böyük hissəsinin bloklama və internet trafikinin filtrasiyası sistemlərinə yönəldiləcəyi iddia olunur.
Xuraman Etibarlı
İnterpress.az






