Kamçatkada bələdçi 15 turisti ucqar ərazidə TƏRK ETDİbackend

Kamçatkada bələdçi 15 turisti ucqar ərazidə TƏRK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bələdçi sivilizasiyadan uzaq Kamçatkada 15 nəfərlik qrupu tərk edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Rusiyanın Kamçatka bölgəsində 15 nəfərdən ibarət turist qrupunun bələdçi tərəfindən ucqar ərazidə tərk edildiyi bildirilir.

Turistlər bələdçinin onları aldatdığını, yeməksiz, susuz, pulsuz və rabitəsiz vəziyyətdə vulkan yaxınlığında qoyduğunu iddia edirlər.

Məlumata görə, Krasnoyarskdan olan Nikolay adlı şəxs Kamçatka, Altay, Nepal, Argentina və Çinə qrup səfərləri təşkil edir. Mariya adlı turist onun təşkil etdiyi bir həftəlik tur üçün 165 min rubl (təxminən 3 300 manat) ödədiyini bildirib.

Turun təsvirində ilk məntəqəyə ciplərlə çatmaq vəd edilsə də, turistlərin sözlərinə görə, onlar damı deşik mikroavtobusla 13 saat yol gediblər.

İddialara əsasən, yeddi gün davam etməli olan səfər cəmi dörd gün çəkib. Bələdçi bank kartlarının bloklandığını deyərək turistlərə geri dönüşü özlərinin təşkil etməli olduqlarını bildirib.

Tur iştirakçıları vəd edilən qidalanma, hotel və əyləncə xidmətlərini ala bilmədiklərini, rabitə taparaq öz pulları hesabına nəqliyyat təşkil edib geri qayıtmağa məcbur olduqlarını deyirlər.

Turistlərin bildirdiyinə görə, bələdçi ödənilən pulu geri qaytarmayıb. Həmçinin onun bu marşrut üzrə ilk dəfə səfər təşkil etdiyi üzə çıxıb.

Turistlər məsələ ilə bağlı polisə ərizə veriblər.

Xuraman Etibarlı

İnterpress.az