ABŞ-li rahibin başı balıq ovuna görə BƏLAYA DÜŞDÜbackend

ABŞ-li rahibin başı balıq ovuna görə BƏLAYA DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-li rahib 13 illik tənha həyatından sonra nadir nərə balıqlarına görə həbs təhlükəsi ilə üzləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarında nadir Sibir nərələrinin qanunsuz ovlanması ilə bağlı altı köhnə inanclı xristian saxlanılıb.

Onlar Surqutixa çayı yaxınlığında qış üçün ərzaq ehtiyatı hazırlayarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar.

Məlumata görə, saxlanılanların ovladığı 11 nərə balığının ümumi dəyəri 5 milyon rubl (təxm 105 min man) qiymətləndirilir.

Qırmızı kitaba daxil edilmiş balıqların qanunsuz ovlanmasına görə səkkiz ilədək həbs cəzası nəzərdə tutulur.

Saxlanılanlar arasında 2013-cü ildə həmin dini icmaya qoşulmuş ABŞ vətəndaşı Stiven Kasaçev də var.

O, 13 il tənha həyat sürdüyü monastır tipli yaşayış yerindən çıxaraq icmanın digər üzvləri ilə birlikdə balıq ovunda iştirak edib.

Onun Rusiya vizasının müddətinin çoxdan başa çatdığı, ABŞ pasportunun isə bir neçə ildir etibarsız olduğu bildirilir.

Kasaçevin vəkili ABŞ Prezidenti Donald Trampa müraciət edib. Bundan sonra ABŞ səfirliyinin nümayəndələri onunla əlaqə saxlayaraq sənədlərinin rəsmiləşdirilməsinə başlayıblar.

Amerikadakı köhnə inanclı xristian icması saxlanılanlar üçün kirayə mənzil tutub və onların ev dustaqlığına buraxılmasını istəyir.

Vəkil bildirib ki, yaşayış məntəqəsinə ən yaxın mağaza 400 kilometr məsafədədir, Krasnoyarsk şəhərinə qədər isə təxminən 1000 kilometr yol var. Onun sözlərinə görə, balıq ovlanmasaydı, icma üzvlərinin qışda qida təminatı çətinləşəcəkdi.

İstintaq balıqların növünü dəqiq müəyyənləşdirmək üçün ixtioloji ekspertiza hazırlayır.

Xuraman Etibarlı

İnterpress.az