16 yaşlı sürücü polisi kapotda yüzlərlə metr APARDI – VİDEObackend

16 yaşlı sürücü polisi kapotda yüzlərlə metr APARDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 16 yaşlı sürücü yol polisi əməkdaşını avtomobilin kapotunda yüzlərlə metr aparıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Adıgey Respublikasının Maykop şəhərində sürücülük hüququ olmayan 16 yaşlı yeniyetmə yol hərəkəti qaydalarını dəfələrlə pozub.

Yol polisi əməkdaşları onu saxlamağa çalışsalar da, yeniyetmə onların tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib.

Təqib zamanı avtomobil işıqforlardan birində yavaşlayıb. Bu zaman yol polisi əməkdaşı sürücünün kilidlənmiş qapısını açmağa çalışıb və avtomobilin kapotuna çıxıb. Lakin yeniyetmə dayanmayıb, polisi bir neçə yüz metr avtomobilin kapotunda aparıb.

Yeniyetmə sonradan saxlanılıb. Onun barəsində cinayət işi başlanıb, həmçinin beş inzibati xəta protokolu tərtib edilib.

Xuraman Etibarlı

İnterpress.az