Türkiyədə 14 il axtarılan məhkum evinin otağında qazdığı quyuda gizlənirmiş.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin İzmir vilayətinin Tire rayonunda 14 ildir axtarışda olan məhkum saxlanılıb.
Barəsində 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılan şəxs gizləndiyi evdə keçirilən əməliyyat zamanı tutulub.
Araşdırma zamanı məlum olub ki, o, polisdən gizlənmək üçün yaşadığı evin otaqlarından birində quyu qazaraq orada gizlənirmiş.
Xuraman Etibarlı
İnterpress.az






