Qızını 6 yaşından cinsi istismara məruz qoyan ana 30 il HƏBS EDİLDİ – FOTObackend

Qızını 6 yaşından cinsi istismara məruz qoyan ana 30 il HƏBS EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə azyaşlı qızını cinsi istismara məruz qoyan qadın 30 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İstanbulda məhkəmə 6 yaşından etibarən öz qızını maddi qazanc əldə etmək məqsədilə kişilərlə görüşlərə apararaq cinsi istismara şərait yaratmaqda təqsirləndirilən S.D. adlı qadına hökm oxuyub.

Məhkəmənin qərarı ilə qadın 30 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az