“Dojd” telekanalının jurnalistinə HÖKM OXUNDUbackend

“Dojd” telekanalının jurnalistinə HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva məhkəməsi jurnalist Mixail Fişmanı qiyabi qiyabi həbs edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Moskva məhkəməsi “Dojd” telekanalının jurnalisti Mixail Fişmanı qiyabi olaraq iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Jjurnalist Rusiyada fəaliyyəti arzuolunmaz elan edilmiş təşkilatın işində iştirak etməkdə təqsirli bilinib.

Məhkəmənin qərarına əsasən, onun cəza müddəti Rusiyada saxlanıldığı və ya ölkəyə ekstradisiya olunduğu andan etibarən hesablanacaq.

Qeyd edək ki, Mixail Fişman bundan əvvəl Rusiya səlahiyyətli orqanları tərəfindən “xarici agent” kimi tanınmışdı.

Xuraman Etibarlı

İnterpress.az