Romada SIĞIRÇIN KABUSU: Avtoyuma qiymətləri KƏSKİN QALXDI – VİDEObackend

Romada SIĞIRÇIN KABUSU: Avtoyuma qiymətləri KƏSKİN QALXDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sığırçınların miqrasiyası İtaliya paytaxtında böhrana səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

İtaliyanın paytaxtı Romada milyonlarla sığırçının payız miqrasiyası sakinlər üçün əsl sınağa çevrilib.

Bir neçə həftədir davam edən köç nəticəsində şəhərin küçələri, səkiləri və yolları quş ifrazatı ilə örtülüb.

Sakinlər və turistlər çirklənmədən qorunmaq üçün günəşli havada belə çölə çətirlə çıxmaq məcburiyyətində qalırlar.

Açıq havada park edilmiş minlərlə nəqliyyat vasitəsi tamamilə quş nəcisi ilə örtüldüyü üçün şəhərdə avtoyuma məntəqələrinə görünməmiş axın yaranıb.

Tələbatın kəskin artmasından istifadə edən müəssisələr xidmət haqlarını dərhal qaldırıblar.

Əraziyə cavabdeh olan bələdiyyə xidmətləri isə küçələrin təmizlənməsi üçün xüsusi briqadaların fəaliyyətini gücləndiriblər.

Xuraman Etibarlı

İnterpress.az