Ekvadorda məktəbli dərsə lama belində gedir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Ekvadorda yaşayan azyaşlı məktəbli hər gün təhsil aldığı müəssisəyə qeyri-adi üsulla — lama belində yollanır.
Dağlıq ərazidə baş tutan bu gündəlik səfər zamanı balaca süvarini daim onun sadiq iti müşayiət edir.
Məktəblinin çətin relyef şəraitində lama üzərində dərsə getməsini əks etdirən kadrlar sosial şəbəkələrdə yayılaraq izləyicilərin böyük marağına səbəb olub.
Çoxsaylı istifadəçilər azyaşlının təhsil almaq üçün göstərdiyi əzmkarlığı və sevimli heyvanları ilə olan harmoniyasını təqdirlə qarşılayıblar.
Xuraman Etibarlı
İnterpress.az






