ABŞ-də 10 yaşlı qızına qarşı cinsi zorakılıq edən ata həbs olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
ABŞ-nin Yuta ştatında 44 yaşlı sakinə doğma qızına qarşı ağır cinsi zorakılıq törətmək ittihamı irəli sürülüb.
İstintaq materiallarına əsasən, azyaşlı qızına qarşı dəfələrlə zorakılıq edən şəxs onu “ikinci arvadı” adlandırıb və bunu “birinci həyat yoldaşının ona lazımi diqqət yetirməməsi” ilə izah etməyə çalışıb.
Dəhşətli faktın üstü ailə üzvlərindən birinin şübhəlinin elektron cihazında uşaq pornoqrafiyası görüntülərini aşkarlamasından sonra açılıb və dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib.
Hazırda saxlanılan şəxs barəsində zaminə buraxılma hüququ verilmədən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam edir.
Xuraman Etibarlı
İnterpress.az






