Çay süfrəsi üçün qarağat piroqubackend

Çay süfrəsi üçün qarağat piroqu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 st. un
400 qr qırmızı qarağat
2 ədəd yumurta
150 qr şəkər tozu
1 paket qabartma tozu
1 paket vanil
100 qr kərə yağı
3 x.q. şəkər kirşanı
70 ml süd

Hazırlanması:
Un, qabartma tozu və duz qarışdırılır.
Yumurta və şəkər tozu 3 dəq. mikserlə yaxşı çalınır.
Yumurtalı-şəkərli kütləyə əridilmiş kərə yağı, süd və vanil əlavə olunub təkrar çırpılır.
Üzərinə unlu qarışıq əlavə olunub qarışdırılır.
Xəmir kalka salınmış formaya tökülüb hamarlanır.
Xəmirin üzərinə qırmızı qarağat qoyulur, üzərinə 1 x.q. şəkər kirşanı səpilir.
Piroq 180 dərəcəlik sobada 45 dəq. bişirilir.
Hazır piroq soyudulub, üzərinə 2 x.q. şəkər kirşanı səpilir.

İnterpress.az