Ərdoğan başsağlığı verdibackend

Ərdoğan başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan hələ də Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağın bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini söyləyib.

Türkiyə Prezidenti vurğulayıb ki, 1992-ci ildə qətliama məruz qalan azərbaycanlılar yandırılaraq, gözləri çıxarılaraq, başları kəsilərək öldürülüblər. “Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”, – deyə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

İnterpress.az