Ziyafət Əsgərov bildirib ki, Ermənistan son günlər cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozmaqla, insident yaratmaqla, öz əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir.
Regionda Rusiya və Avropa münasibətlərinin gərginləşməsindən asılı olaraq, Dağlıq Qarabağda müharibəsinin başlanması ehtimalına da münasibət bildirən Ziyafət Əsgərov qeyd edib ki, Ermənistan hazırda müharibə etmək gücündə deyil: “Sadəcə insidentlər yaratmaqla, öz xalqının diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir. Bəli, bu həqiqətdir ki, son vaxtlar cəbhə xəttində insidentlər, gərginlik artıb, nəticədə itkilər olub. Amma yəqin ki, tezliklə bunun bəlli bir nəticəsi olacaq. Nəticəsi də o olacaq ki, çanaq Ermənistanın başında çatlayacaq\”.
İnterpress.az