İnterpress.az xəbər verir ki, İranın esk prezidenti Mahmud Əhmədinejat Türkiyənin keçmiş baş naziri Nəcməttin Ərbakanın ölüm ildönümü münasibətiylə keçirilən tədbirdə çıxış etmək istəyərkən etirazla qarşılaşıb.
Türkiyənin Bursa şəhərində keçirilən tədbir N.Ərbakan vəqfi tərəfindən təşkil olunub. Danışmaq üçün tribunaya gələn Əhmədinejata salonda bir qrup şəxs İran əleyhinə şüar söyləməyə başladı. Bu zaman etirazçılarla tədbirin təşkilatçıları arasında kiçik toqquşma yaşanıb. Bundan sonra etirazçılar zalda çıxrılıblar. Tədbir davam etdirilib.
İnterpress.azhttps://youtube.com/watch?v=cOso_9NyQHw