Gümrü qatili ilə bağlı yeni xəbər…backend

Gümrü qatili ilə bağlı yeni xəbər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-ə istinadən xəbər verir ki, Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov \”Rusiya Federasiyası vətəndaşı olduğuna görə Ermənistan Respublikası hüquq-mühafizə orqanlarının ixtiyarına verilə bilməz\”, Rusiya Baş Prokurorluğunun Ermənistan Milli Məclisinin üzvü Zaruhi Postancyanın müraciətinə rəsmi cavabında deyilir.

Rusiya prokurorluğu öz qərarını Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsi ilə əsaslandırır. Bu maddə üzrə “RF vətəndaşı RF hüdudlarından kənara sürgün edilə bilməz və başqa dövlətə təhvil verilə bilməz”.

Zaruhi Postancyan qətldə şübhəli bilinən əsgərin erməni tərəfinə verilməsi müraciətinə Rusiay prokurorluğu mənfi cavab verib
Ermənistan Milli Məclisinin müxalif İrs fraksiyasının üzvü Zaruhi Postancyan Avetisyanlar ailəsinin yeddi üzvünün qətlində şübhəli bilinən Valeri Permyakovun Ermənistana təhvil verilməsi üçün yanvarın 20-də Rusiya prezidenti Vladimir Putinə müraciət edib, məktubun surətini isə Rusiya Baş Prokuroru Yuriy Çaykaya göndərmişdi.

İrs Partiyasının yaydığı cavab məktubu Rusiya Baş Prokurorluğunun Beynəlxalq-Hüquq Əməkdaşlığı İdarəsi rəis müavininin vəzifəsini icra edən şəxs tərəfindən 16 fevral tarixlə imzalanıb.

Rusiya tərəfi hazırda Ermənistan və Rusiya “səlahiyyətli orqanları, beynəlxalq müqavilələrə əsasən, sözügedən cinayət işlərinin hərtərəfli və obyektiv araşdırılmasına yönəlmiş əməkdaşlıq edirlər”.

Xanım Postancyan isə xatırladır ki, Ermənistanda Rusiya hərbi bazasının yerləşməsi müqaviləsinə əsasən, “Ermənistan ərazisində cinayət törədən şəxs” Ermənistan hüquq-mühafizəçilərinin ixtiyarına verilməli və Ermənistan məhkəməsində mühakimə olunmalıdır.

Bundan başqa, müqaviləyə əsasən, Ermənistan sərhədində ələ keçirilən istənilən şəxs Ermənistan xüsusi xidmətlərinə təhvil verilməlidir.

Bu müddəaların pozulduğunu Ermənistanın baş prokuroru Gevorq Kostanyan da etiraf edir, lakin, millət vəkili Zaruhi Postancyanın sözlərinə görə, bu günədək nə Valeri Permyakovun Ermənistan-Türkiyə sərhədini qeyri-qanuni keçmək cəhdi üzrə cinayət işi açılıb, nə onun Rusiya bazasından alınması üçün bir addım atılıb.
Ermənistan hüquq-mühafizə orqanları hazırda Rusiya hərbi bazasının ərazisində saxlanılan Valeri Permyakov barəsində qətimkan tədbiri də seçməyib.
Yanvarın 12-də Gümridə yaşayan Avetisyanlar ailəsinin 6 üzvü öldürülüb, bundan bir həftə sonra xəstəxanada dünyasını dəyişmiş altıaylıq körpə yaralanmışdı.

Qətldə ittiham olunan rus əsgərinin Ermənistan hüquq orqanlarına verilməməsi Gümridə etirazlara səbəb olub, və vəziyyətiin yenidən gərginləşməsi istisna olunmur
Qətllərdə 102 saylı Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakov ittiham olunur. O, deyilənə görə, Ermənistan-Türkiyə sərhədində xidmət edən Rusiya sərhədçiləri tərəfindən sərhədi keçmək istəyəndə saxlanılıb və Rusiya hərbi bazasına ötürülüb.

İnterpress.az