İnterpress.az xəbər verir ki, azərbaycanlı iş adamı Söyün Sadıkovun təşəbbüsü ilə keçirilən dəyirmi masada Rusiyanın müxtəlif regionlarından olan 50-dək nümayəndə iştirak edib.
Tədbirdə çıxış edən “AzərRos”un fəxri prezidenti Söyün Sadıkov Rusiyada yaşayan azərbaycanlıların Putinin siyasətini dəstəklədiyini bildirib. Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın davam etdirilməsini istədiklərini deyən Söyün Sadıkov “AzərRos”un dağılma ərəfəsində olduğunu vurğulayıb: “Hətta “ağıllı” başlar tapılıb ki, bu prosesi Azərbaycanın Rusiyadakı səfiri ilə əlaqələndirirlər”.
Dəyirmi masada Abbas Abbasov və “AzərRos”un prezidenti olmuş Asif Məhərrəmovla bağlı da məsələlər müzakirə edilib. Belə qərar alınıb ki, “AzərRos”un taleyini Rusiya vətəndaşı olan azərbaycanlılar həll etsin.
Xatırladaq ki, Abbas Abbasov Rusiyada yaşamasına baxmayaraq bu ölkənin vətəndaşı deyil.
Elnarə
İnterpress.az