Mursi tərəfdarı edam edildibackend

Mursi tərəfdarı edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Misirdə 2013-cü ildə baş verən hərbi çevrilişdən sonra həbs edilən və edam cəzası verilən “Müsəlman qardaşlar”dan bir nəfərin cəzası icra olunub.

Mahmud Ramazan adlı məhkum 2013-cü il 3 iyul çevrilişindən sonra baş verən toqquşmalarda iştirak etdiyi üçün edam olunub. O “Müsəlamn qardaşlar”ın rəsmi üzvü olmayıb.

Daxili İşlər Naizrliyinin rəsmi “facebook” səhifəsində yayılan açıqlamaya görə, M.Ramazan 2013-cü ildə İskəndəriyə şəhərində baş verən hadisələrdə “uşaqların bir binadan aşağı atılması” faktına görə mühakimə olunurdu.

İttiham aktına görə Ramazan və digər Mursi tərəfdarları çevriliş tərəfdarı gəncləri binadan aşağı attıqları və bu gənclərdən birinin ölümünə səbəb olduqlarına görə 2014-cü ildə edam cəzası verilmişdi.

İnterpress.az