“Baku Fires” kollektivi “Caciques Venezuela” komandasına böyük hesabla qalib gəlib.
Quba Olimpiya İdman Kompleksində Azərbaycanın “Baku Fires” kollektivi ilə Venesuelanın “Caciques Venezuela” komandası arasında keçirilən görüş komandamızın böyük hesablı qələbəsi ilə başa çatıb.
Dünya Boks Seriyası (WSB) Liqasının 9-cu turu çərçivəsində keçirilən qarşılaşmanın ilk döyüşündə Cavid Dadaşov (49 kq, “Baku Fires”) Martinez Kordova (“Caciques Venezuela”), Məhəmməd Qurbanov (56 kq) Villaviçenzio Rodrigesə, Heybətulla Hacəliyev (64 kq) Arkon Diasa, Jaba Xositaşvili (75 kq) Barrera Korbaja qalib gəlməyi bacarıb. Əbdülqədir Abdullayev (91 kq) ilə Villi Kyakone qalib gəlib.
“Baku Fires” kollektivi ilə Venesuelanın “Caciques Venezuela” komandası arasında keçirilən görüş komandamızın 5-0 hesabı ilə qələbəsi ilə başa çatıb.
Ümumdünya Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparır. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.
A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaqlar.
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
“Baku Fires” ötən mövsüm Dünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci yerə layiq görülüb.
İnterpress.az