İnterpress.az xəbər verir ki, saxlanılanların böyük əksəriyyəti biznesmenlərdir.
Onların hamısı Türkmənistan-Türkiyə məktəbləri və ya Türkiyə universitetlərinin məzunlarıdır.
Onlar Fətullah Gülənin yaratdığı “Hizmət” hərəkatı ilə əlaqədə şübhəli bilinirlər.
Nəşr xatırladır ki, sentyabrın 13-də Türkmənistan və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Rəsmi məlumatlara əsasən, liderlər bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Qeyri-rəsmi məlumatlara görə, telefon danışığı zamanı söhbət “bütün region üçün təhlükə törədə biləcək” Gülən tərəfdarları ilə birgə mübarizədən gedib. (azvision.az)
İnterpress.az