1989-cu ildə vəfat edən diktator dünən dəfn edildi – FOTObackend

1989-cu ildə vəfat edən diktator dünən dəfn edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mərasim Manilanın \”Qəhrəmanlar qəbristanlığı\”nda təntənəli geyimli əsgərlərin 21 dəfə atdığı atəş sədaları ilə başlayıb.

İnsan haqları qurbanlarından ibarət müxalifətin etirazına baxmayaraq, Filippinin Ali Məhkəməsinın keçən həftə çıxardığı qərara əsasən diktator Markosun \”Qəhrəmanlar qəbristanlığı\”nda dəfninin mümkün olduğu bildirilib.

1989-cu ildə vəfat edən diktator dünən dəfn edildi - FOTO

Filippin prezidenti Rodriqo Duterte müxalifətin tələbini rədd edərək, sabiq diktatorun həmin qəbristanlıqda dəfninə icazə verib. Etirazların qarşısının alınması məqsədilə cənab Markosun cəsədi Manilaya gizli gətirilib.

Minlərlə polisin və əsgərin mühafizə etdiyi qəbiristanlıqda etirazçılara rast gəlinməyib.

1989-cu ildə vəfat edən diktator dünən dəfn edildi - FOTO

Devrilməsindən sonra Havaydə sürgündə olan Ferdenand Markos 1989-cü ildə vəfat etmiş və onun cəsədi 1993-cü ildə vətəninə, Filippinin Batak şəhərinə gətirilmişdi. O vaxtdan bəri sabiq diktatorun şüşə tabuta qoyulan cəsədi turistlərin tamaşa obyektinə çevrilmişdi.

İnterpress.az