İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qapalı keçən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər: “İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bu günki nailiyyətimizə təkan verən insandı”.
Qeyd edək ki, bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri məlum olacaq.
İnterpress.az