Hadisə bu gün rayonun Yalman kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Dəmirova Elnarə Şirinbala qızını yaşadığı evin həyətində elektrik cərəyanı vurub. Qız həyətdəki pomidor istixanasında şitillərin suvarılması üçün valideynlərinə kömək edərkən su motorunun köhnə elektrik naqili ilə ehtiyatsız davranıb və cərəyan onu vurub. E. Dəmirova yerində ölüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. ( apa )
İnterpress.az