İnterpress.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada məqsəd regionun müstəqilliyini elan edən Kataloniya hakimiyyətinə etiraz etməkdir.
Aksiyanın təşkilatçıları Kataloniya Vətəndaş Cəmiyyəti, mərkəzçi Vətəndaş Partiyası və Kataloniya Sosialist Partiyası və İspaniyanın hakim Xalq Partiyasıdır. Bu partiyalar Kataloniyada müxalifətdədirlər və oktyabrın 27-də Kataloniya parlamentində müstəqilliklə bağlı Bəyannamənin səsverməsinə qatılmayıblar. Aksiyaçılar mitinqə İspaniya və Kataloniya bayraqları ilə qatılıblar.
İnterpress.az