ABŞ-da qütb soyuqlarının yaxınlaşdığı və qış aylarının ən soyuq günlərinin ölkənin mərkəzi bölgələrində baş verəcəyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. CNN-in məlumatına görə, ölkənin mərkəzi bölgələri başlayan qütb soyuqlarının təsiri altında olacaq.
Havanın temperaturunun mənfi 20-30 dərəcəyə enəcəyi, güclü tufanların da bəzi ərazilərdə havanın temperaturunun mənfi 50 dərəcəyə enəcəyi gözlənilir.
Ölkənin mərkəzi bölgələrində yaşayan 15 milyondan çox insan üçün soyuq hava xəbərdarlığı edilərkən, hətta 10 dəqiqəlik soyuğa məruz qalmanın da donmaya səbəb ola biləcəyi qeyd edilib.
Bu hava dalğası ilə ölkədə qış mövsümünün ən soyuq günlərinin yaşanacağı gözlənilir.