ABŞ “Boeing 737 MAX 9” tipli təyyarələrin uçuşlarını müvəqqəti dayandırıbbackend

ABŞ “Boeing 737 MAX 9” tipli təyyarələrin uçuşlarını müvəqqəti dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Aviasiya Administrasiyası sərnişin təyyarəsinin havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən təcili eniş etməsindən sonra bəzi “Boeing 737 MAX 9” tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən edilən açıqlamada, ABŞ hava yolları tərəfindən və ya ABŞ sərhədləri daxilində istifadə edilən bəzi “Boeing 737 MAX 9” tipli təyyarələrin müvəqqəti olaraq uçuşdan çıxarılması əmri veriləcəyi açıqlanıb.

Açıqlamada qısa müddət ərzində dərc olunacaq “Təcili Uçuşa Yararlılıq Direktivi”nə görə yoxlanılmamış təyyarələrin gələcək uçuşlardan əvvəl yoxlanılmasını tələb edəcəyi və lazımi yoxlamaların təxminən 4-8 saat çəkəcəyi bildirilib.

Açıqlamada bu qərarın dünya üzrə təxminən 171 təyyarəni əhatə edəcəyi qeyd edilib.