ABŞ-Britaniya döyüş təyyarələrinin Yəmənə hücumları şiddətli partlayışlara səbəb olubbackend

ABŞ-Britaniya döyüş təyyarələrinin Yəmənə hücumları şiddətli partlayışlara səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Britaniya döyüş təyyarələrinin Yəmənə hava zərbələri şiddətli partlayışlara və böyük yanğınlara səbəb olub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Sana beynəlxalq hava limanı yaxınlığındakı Ed-Daylami aviabazasında yanğın baş verib və qatı tüstünün yüksəldiyi müşahidə edilib.

Husilərin Ruhani İrşad Departamentinin Müdir müavini Abdullah bin Amir deyib ki, ABŞ-İngiltərə hücumlarında Ed-Daylami Hava Bazasının hədəf alınıb və bu, yanğına səbəb olub.

Bin Amir yanğının qısa müddətdə söndürüldüyünü və heç bir dağıntı olmadığını bildirib.

Husilərə məxsus Əl-Mesira televiziyası ABŞ-ın Yəmənin paytaxtı Sənaya da hücum etdiyini bildirib.

Husilərə bağlı SABA xəbər agentliyinin məlumatına görə, Amerika və İngiltərə təyyarələri paytaxt Səna ilə yanaşı, Hudeydə, Səada və Zimar şəhərlərinə də hücumlar həyata keçirib.

ABŞ prezidenti Co Bayden Amerika və Britaniya ordularının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu açıqlayıb.

Böyük Britaniya və ABŞ-ın dəniz ticarətini təmin etmək məqsədilə Yəmənə hücumlarından sonra husilər İsrail gəmilərini hədəfə almağa davam edəcəklərini açıqlayıblar.